Kevin Kostnerin son halı təəccübləndirdi

Kevin Kostnerin son halı təəccübləndirdi
650 dəfə oxunub
  • A-
  • A
  • A+

“Cangüdən” filminin ulduzu Kevin Kostner kökəlib.

Axşam.az xəbər verir ki, bu barədə ona yaxın mənbə "Radar online" nəşrinə müsahibəsində bildirib. O, 70 yaşlı aktyorun son zamanlar keçirdiyi stres səbəbindən 13,5 kiloqram çəki aldığını açıqlayıb:

"O, hazırda şəxsi həyatında və karyerasında çətin dövr keçirir. Stresini yeməklə unutmağa çalışır və bu da çəki artımına səbəb olub. Bir gecənin içində Kevin yaraşıqlı kişidən kök birinə çevrildi. İnsanlar onun bu halına təəccüblənirlər. Sevdiyi restoranlardan daimi steyk, kartof qızartması, pizza, makaron və hamburgerlər sifariş edir”.