Üç dəfə "Oskar" mükafatı almış rejissor və ssenarist Robert Benton vəfat edib.
Axşam.az xəbər verir ki, rejissor 91 yaşında Manhettendəki evində dünyasını dəyişib.
Qeyd edək ki, 35 illik karyerası ərzində Benton cəmi 11 bədii filmə rejissorluq edib. O, 1980-ci ildə “Kramer Kramerə qarşı” filminə görə “Ən yaxşı rejissor” nominasiyasında iki "Oskar" qazanıb. Benton "Ən yaxşı uyğunlaşdırılmış ssenari" nominasiyasında ikinci "Oskar"ını əldə edib.