Mərhum aktrisa Adilə Naşitin həyatından bəhs edən filmdə rol alacaq daha bir aktyorun adı bəlli olub.
Axşam.az xəbər verir ki, A.Naşitin 16 yaşında vəfat edən oğlu Berke Karabıyıka aktyor Levent Can həyat verəcək. Onun ilk həyat yoldaşı Ziya Keskineri aktyor Serhat Tutumluer ifa edəcək.
Qeyd edək ki, "Adile" filminin çəkilişləri mayda başlayacaq. Mərhum aktrisanı Meltem Kaptan canlandıracaq.

