İsrailin "Avroviziya" təmsilçisi azərbaycanlı imiş - Foto

İsrailin "Avroviziya" təmsilçisi azərbaycanlı imiş - Foto
2146 dəfə oxunub
  • A-
  • A
  • A+

İsrailin "Avroviziya-2025 " mahnı müsabiqəsindəki təmsilçisi Yuval Rafael yarı azərbaycanlıdır.

Axşam.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik “X” səhifəsində yazıb.

"İsraillin "Avroviziya" ulduzu Yuvalın yarı azərbaycanlı olduğunu indicə öyrəndik. Beləliklə, Azərbaycan finala çıxa bilməsə də, Azərbaycanın səsi hələ də bu səhnədə eşidilir" deyə, o, bildirib.

Xatırladaq ki, bu il ölkəmizi yarışmada "Mamagama" qrupu “Run with you” mahnısı ilə təmsil edib. Onlar yarışmanın finalına vəsiqə qazana bilməyiblər.

Qeyd edək ki, qrupun vokalisti Asəf Mişiyev daha əvvəl açıqlamasında yəhudi olduğunu bildirmişdi.

Bu gün müsabiqənin ikinci yarımfinalıdır.