ABŞ Prezidenti Donald Trampın 11-ci nəvəsi olub.
Axşam.az xəbər verir ki, onun kiçik qızı Tiffani Trampın oğlu dünyaya gəlib. Körpəyə Aleksandr Tramp Bulos adı verilib.
Qeyd edək ki, Tiffani Donald Trampın keçmiş həyat yoldaşı Marla Maplesdən olan qızıdır. O, 2022-ci ildə iş adamı Maykl Bulos ilə ailə qurub.
