İsveçrənin Bazel şəhərində “Avroviziya 2025” beynəlxalq mahnı müsabiqəsinin finalı başlayıb.
Axşam.az-ın məlumatına görə, 26 ölkədən olan iştirakçı birincilik uğrunda mübarizəyə start verib.
Bu gün Norveç, Albaniya, İsveç, İslandiya, Niderland, Polşa, San-Marino, Estoniya, Portuqaliya, Ukrayna, Litva, İsrail, Ermənistan, Danimarka, Avstriya, Lüksenburq, Finlandiya, Latviya, Malta, Yunanıstandan olan finalçılar səhənəyə çıxacaqlar.
Qeyd edək ki, bu il ölkəmizi yarışmada "Mamagama" qrupu “Run with you” mahnısı ilə təmsil edib. Onlar yarışmanın finalına vəsiqə qazana bilməyiblər.
***
"Avroviziya-2025" mahnı müsabiqəsi Avstriyanın qələbəsi ilə başa çatıb.