Türkiyəli aktyor Can Kızıltuğ özəl həyatı ilə gündəmə gəlib.
Axşam.az xəbər verir ki, aktyorun həmkarı Afra Karagözlə sevgili olduğu ortaya çıxıb. Cütlük birlikdə tətilə yollandıqları anı sosial media hesablarında paylaşaraq münasibətdə olduqlarını açıqlayıb.
Qeyd edək ki, Can "Kızıl goncalar", "Bahar", Afra isə "Dilek taşı" kimi seriallarda rol alıb.

