Türkiyəli ulduzlar Erkan Petekkaya və Ayça Bingöl yenidən bir araya gəlir.
Axşam.az xəbər verir ki, aktyorlar "Al beni baba" filmində baş rolları canlandıracaqlar. Erkanla Ayçanın qızları "Nazlı"nı isə Ayça Ayşin Turan ifa edəcək.
Qeyd edək ki, Erkanla Ayça 2010-2013-cü illərdə yayımlanan “Öyle bir geçer zaman ki" serialında da birgə rol alıblar.