"Sihirli annem"in aktrisası xərçəngdən əziyyət çəkir

"Sihirli annem"in aktrisası xərçəngdən əziyyət çəkir
846 dəfə oxunub
  • A-
  • A
  • A+

“Sihirli annem” filmində “Perihan” obrazını canlandıran aktrisa Gül Onat layihənin qala gecəsinə qatıla bilməyib.

Axşam.az xəbər verir ki, 71 yaşlı aktrisa sosial şəbəkədə bunun səbəbini izah edib:

"Təəssüf ki, premyerada iştirak edə bilmədim. Çox ağır əməliyyat keçirdim. 3 gün həkimim icazəsi ilə filmdəki səhnələrimizi çox qısaldaraq çəkə bildik. Dualarınızı gözləyirəm, sevgi ilə öpürəm".

Onat mədəaltı vəzi xərçəngi ilə mübarizə aparır.