TikTok-da səhifəyə kredit üçün yazdı, öz pulu oğurlandı - Video

TikTok-da səhifəyə kredit üçün yazdı, öz pulu oğurlandı - Video
401 dəfə oxunub
  • A-
  • A
  • A+

10 min manat kredit götürmək istəyən vətəndaş öz pulundan da olub.

Axşam.az xəbər verir ki, bu iddia ilə Ağdam sakini Loğman Əşrəfov Xəzər TV-yə müraciət edib.

O bildirib ki, TikTok vasitəsilə tapdığı səhifələrdən birinə 10 min manat kredit üçün müraciət yazıb. Səhifə sahibi də ondan kredit üçün 608 manat depozit istəyib. L.Əşrəfov depoziti ödədikdən sonra nömrəsini bloka atıblar.

Şikayətçinin sözlərinə görə, məsələ ilə bağlı dərhal polisə müraciət edib. Lakin aylardır ki, onun ödənişi geri qaytarılmır.