Bu çaylarda sululuq artdı

Bu çaylarda sululuq artdı
190 dəfə oxunub
  • A-
  • A
  • A+

Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb.

Bu barədə Axşam.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Avtomat hidroloji stansiyaların iyunun 8-i saat 10:00-a olan məlumatına əsasən Böyük Qafqaz ərazisindən axan Əyriçayda 43 sm, Qudiyalçay və Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda 3 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Bərgüşadçayda 26 sm, Kür çayının aşağı axınında Kür-Zərdabda 5 sm, Kür-Surrada 10 sm, Kür-Bankə və Kür-Şirvanda 8 sm, Kür-Salyanda isə 23 sm artım qeydə alınıb.