Türkiyəli aktrisa Yağmur Yüksel daha bir seriala çəkilməyə hazırlaşır.
Axşam.az xəbər verir ki, "Çarpa" serialı üçün kamera qarşısına keçəcək olan aktrisa "Dilan"ı canlandıracaq. Onun tərəf müqabili isə aktyor Berkay Akdemir "Evren"ə həyat verəcək.
Qeyd edək ki, Berkay son olaraq "Kızılcık şerbeti" serialında rol alıb. Yağmur isə eyni zamanda "Aşk sözleşmesi" serialında çəkiləcək.
