Ad günündə vəfat etdi

Ad günündə vəfat etdi
1224 dəfə oxunub
  • A-
  • A
  • A+

Yeni Zelandiyadan olan aktrisa Maris Vipani vəfat edib.

Axşam.az xəbər verir ki, aktrisa iyunun 6-da 61 yaşını qeyd edərkən dünyasını dəyişib. 

Qeyd edək ki, Maris 2001-ci ildə "Zena: Cəngavərlərin şahzadəsi" televiziya serialında "Kanae", 2007-ci ildə isə "Kobud oyanışlar" serialında "Şaron Şort" obrazını canlandırıb. Onun son aktrisalıq təcrübəsi 2008-ci ildə "Şortlend küçəsi" televiziya serialında "Rebekka Şort" rol olub.