“Sly and the Family Stone” qrupunun solisti, Sli Stoun adı ilə tanınan Silvestr Stüart vəfat edib.
Axşam.az xəbər verir ki, o, ağır xəstəlikdən 82 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Silvestr 1967-ci ildə sözügedən qrupu qurub. O, "Musiqi ilə rəqs", "Səni daha yüksəyə götürmək istəyirəm", "Ailə işi", "Gündəlik insanlar", "Əgər qalmağımı istəyirsənsə" kimi hitlərlə tanınıb.
Müğənni xroniki obstruktiv ağciyər xəstəliyindən əziyyət çəkirdi.