Amerikalı müğənni 77 yaşlı qadının ölümünə səbəb oldu

Amerikalı müğənni 77 yaşlı qadının ölümünə səbəb oldu
448 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı kantri müğənnisi Konnor Smit Neşvildə piyada keçidində yolu keçərkən yaşlı qadını vurub.

Axşam.az xəbər verir ki, 77 yaşlı Doroti Dobbins xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, musiqiçidə sərxoşluq əlamətləri olmayıb. Lakin polis əlavə edib ki, qəzaya səbəb olan amil Smitin piyadaya yol verməməsi olub.