Keti Perri və Orlando Blum 9 ildən sonra ayrılır

Keti Perri və Orlando Blum 9 ildən sonra ayrılır
484 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur cütlük, müğənni Keti Perri və aktyor Orlando Blumun ayrıldığı iddia edilib.

Axşam.az xəbər verir ki, “Pagesix”in məlumatına görə, cütlüyə yaxın bir insayder onların münasibətlərinin bitdiyini deyib. 

Bildirilib ki, onlar ayrıldıqlarını açıqlamaq üçün Keti Perrinin turnesinin bitməsini gözləyirlər. Belə ki, sənətçinin qastrol səfəri aprelin 23-də başlayıb və dekabrın 7-dək davam edəcək.

Perri ilə Blumun münasibətlərindəki problemlər müğənninin fəaliyyəti ilə bağlı mənfi rəylərin artmasından yaranıb.

Qeyd edək ki, cütlük 2016-cı ildə "Qızıl Qlobus" mərasimindən sonra bir ziyafətdə tanış olublar. 3 il sonra aktyor müğənniyə evlilik təklif etsə də, toyu baş tutmayıb. Onların 2020-ci ildə qızı dünyaya gəlib. Bu, Ketinin ilk, Orlandonun isə ikinci uşağıdır. Onun əvvəlki münasibətindən bir oğlu da var.