Acun Ilıcalı istefa verdi

Acun Ilıcalı istefa verdi
2745 dəfə oxunub
  • A-
  • A
  • A+

"TV8" kanalı və "Exxen" platformasının sahibi, "Fənərbağça" futbol klubunun vitse-prezidenti Acun Ilıcalı istefa verib.

Axşam.az xəbər verir ki,  Acun sosial şəbəkədə vida mesajı da yayıb:

“Böyük qürurla tutduğum “Fənərbağça” İdman Klubunun İdarə Heyətinin üzvü olduğum vəzifədən istefa verdiyimi sizinlə bölüşmək istəyirəm. Mən “Fənərbağça” azarkeşi olaraq doğulmuşam. Sarı-göy forması uşaqlığımdan bəri həyatımın ən saf və coşqulu hissəsi olub. Bu müddət ərzində zaman-zaman böyük çətinliklərlə üzləşsəm də, şərəfimdən imtina etməmişəm. Tənqid edildim, dəstək aldım, amma bunu heç unutmadım: burada hər şey “Fənərbağça” üçün olub. Prezidentimiz Ali Koça, birlikdə çalışdığım dəyərli inzibati həmkarlarıma, dəyərli idmançılarımıza, klub əməkdaşlarına və ən əsası böyük “Fənərbağça” azarkeşlərinə səmimi təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, Acun Ilıcalı klubda vitse-prezident vəzifəsinə ötən ilin iyununda başlamışdı.