Türkiyəli məşhur fenomen Dilan Polatın xüsusi mühafizəçisi silahlı hücuma məruz qalıb.
Axşam.az xəbər verir ki, bu barədə fenomem sosial şəbəkədə məlumat yayıb.
Alper adlı mühafizəçi bədənindən 3 güllə yarası alıb. O, dərhal xəstəxanaya yerləşdirilərək müalicəyə alınıb.
Hadisə Dilan Polatın müalicə olunduğu xəstəxananın qarşısında baş verib.