42 üçəm doğulub

42 üçəm doğulub
466 dəfə oxunub
  • A-
  • A
  • A+

Yanvar-aprel aylarında 31 462 doğulan körpə qeydə alınıb.

Axşam.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-aprel aylarında 31462 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,0-dan 9,4-ə düşüb.

Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,4 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,6 faiz olub. Doğulan körpələrdən 1000-i əkiz, 42-si isə üçəm olub.