"Dilləri uzanıb"

"Dilləri uzanıb"
928 dəfə oxunub
  • A-
  • A
  • A+

"Bəzən görürəm ki, bəzi addımları şou-biznesdə atmaq qaydadır. Bəzən edirəm, amma xarakterimə yedirdə bilmirəm. Şou-biznesdə belə bir hal var: bilirsən ki, qarşındakı qeyri-səmimidir, sənin haqqında pis şeylər edir. Amma ondan işin keçirsə, dost olmalısan. Şou-biznesdə haqq-ədalət axtarmaq lazım deyil".

Axşam.az xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu 106.3 FM-də dicey Kazım Sübhanın qonağı olarkən deyib.  Sualları cavablandıran sənətçi konsertdən pul qazana bilməyən ifaçılardan söz açıb:

"Deyirlər, konsertdən pul qazanmaq olmur. Olur... Bütün konsertlərimdən pul qazanmışam".

N.Qaraçuxurlu məşhurların instaqram hegemonluğundan bəhs edib:

"Efir adamları, televiziyada sözükeçən insanla ehtiyatla danışanların indi dilləri uzanıb. Çünki sosial şəbəkəyə çox arxayın olublar".