Çəkisi 23 kiloqrama qədər düşən və hazırda reanimasiyada olan türkiyəli sosial media fenomeni Nihal Candanın ailəsində daha bir kədərli hadisə yaşanıb.
Axşam.az xəbər verir ki, fenomenin atası, həkim Hakan Candan qızının vəziyyətindən sarsılaraq infarkt keçirib. Onun da müalicəsi hazırda reanimasiyada aparılır.
Qeyd edək ki, çirkli pulların yuyulmasında təqsirli bilinərək həbs olunan Nihal Candan aclıq aksiyasının ardından azadlığa buraxılıb. Onunla birgə bacısı Bahar Candan da saxlanılıb və daha sonra evə buraxılıb.