Səs-küy yaradaraq başqalarını narahat edənlərə - Xəbərdarlıq

Səs-küy yaradaraq başqalarını narahat edənlərə - Xəbərdarlıq
1491 dəfə oxunub
  • A-
  • A
  • A+

Polis əməkdaşları tərəfindən məişət səs-küyü ilə bağlı qəbul edilən normalara əməl olunması üzrə nəzarət tədbirləri davam etdirilir.

Axşam.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, vətəndaşların haqlı narazılığına səbəb olan bu cür hallar aşkar olunduqda ərazi polis orqanında tədbirlər görülür.

Həmçinin, gecə saat 00:00-dan sonra yaşayış məntəqələrindəki yollarda hərəkətdə olan zaman avtomobildə yüksək səslə musiqiyə qulaq asmaq, tez-tez səs siqnalından istifadə etmək də qanunla qadağandır. Bu cür hallara yol verilməsi ictimai asayiş pozuntusudur və nəqliyyat vasitəsinin saxlanılmasına qanuni əsas yaradır.

"Bir daha qeyd edək ki, məişət səs-küyü ilə bağlı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək. Xəbərdarlıqlara baxmayaraq belə hallara təkrar yol verən şəxslər barəsində daha sərt tədbirlərin görüləcəyi nəzərdə tutulur", - DİN-dən bildirilib.