Anadangəlmə ombası böyüməyən qadın əməliyyat olundu - Video

Anadangəlmə ombası böyüməyən qadın əməliyyat olundu - Video
2584 dəfə oxunub
  • A-
  • A
  • A+

"İstanbul NS" klinikasının plastik-estetik-rekonstruktiv cərrahı Sabahattin Kandal bir qadını kompleksindən xilas edib. 

Axşam.az xəbər verir ki, plastik-cərrah qadının anadangəlmə qüsurunu aradan qaldırıb. Belə ki, həkim pasientin anadangəlmə ombasının böyüməməsi problemi yaşadığını bildirib:

"Pasientimiz doğuşdan var olan omba bölgəsinin inkişaf etməməsi və bellə bərabər dümdüz aşağı enməsi kimi nadir görülən bir problemlə bizə müraciət edib. Dərialtı yağ toxuması heç yaranmaması ilə xarakterizə edilən bir vəziyyətdir. Tibbi təcrübəmdə nadir görülən bir haldır. Pasientimizdə qüsuru aradan qaldırmaq üçün silikondan istifadə etdik. Burada isə iki ədəd silikonu əzələni açaraq içərisinə yerləşdirdik. Çünki onun ala biləcəyimiz o qədər piy toxuması yox idi.

Artıq yeddinci ildir müayinəsini gerçəkləşdirmişik. Silikon heç hiss edilmir. Onun bir şikayəti də yoxdur. Çox təbii bir nəticə əldə etdik".