90 kiloqram arıqlayan amerikalı aktyor Con Stiven Qudman görünüşü ilə diqqət çəkib.
Axşam.az xəbər verir ki, aktyor Los-Ancelesdə təşkil olunan "Şirinlər" filminin qalasında görüntülənib.
73 yaşlı aktyor 2007-ci ildə 180 kiloqram çəkisi ilə gündəmə gəlib. Spirtli içkini tərgitdikdən sonra aktyor arıqlamağa başlayıb. O, həftənin 6 günü idmanla məşğul olub. 10 il ərzində çəki atsa da daha sonra yenidən kökəlməyə başlayıb.
Çətin keçən arıqlama mərhələsindən sonra aktyor bədən quruluşu ilə diqqət çəkib.
Qeyd edək ki, Con 40 illik karyerasında bir çox rolu canlandırıb. O, son olaraq sözügedən filmdə "Şirin baba" obrazını səsləndirib.

