Zaur Rzayevə nə olub?

Zaur Rzayevə nə olub?
3350 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib.

Axşam.az-ın məlumatına görə, sənətçinin oğlu, opera ifaçısı Azər Rzazadə “Teleqraf"a açıqlamasında bildirib ki, atasının ürəyində problem aşkarlanıb:

“Atam 10 gündür ki, Dövlət Gömrük Hospitalında reanimasiyadadır. Həkimlərin qərarına əsasən, sabah palataya köçürülə bilər. Hazırda həkimlərin nəzarəti altındadır və müalicəsi davam edir. Ürək əməliyyatının aparılıb-aparılmayacağı isə müalicənin gedişindən asılı olaraq müəyyən ediləcək".