Yeni "Haqrid" o oldu - Foto

Yeni "Haqrid" o oldu - Foto
396 dəfə oxunub
  • A-
  • A
  • A+

Yazar Coan Ketlin Roulinqin məşhur "Harri Potter" kitabı əsasında çəkilən serialda "Rubeus Haqrid" obrazını kimin canlandıracağı bəlli olub. 

Axşam.az xəbər verir ki, rol yaşlı aktyor Nik Frosta həvalə edilib. Sosial mediada onun sözügedən obrazda fotosu yayımlanıb.

Çəkilişlər artıq iyulun 14-də başlayıb və artıq bütün əsas rollar açıqlanıb. "Harri Potter"i Dominik Maklafli, "Hermiona Qrencer"i Arabella Stanton, "Ron Uizli"ni Alaster Stout, "Drako Malfoy"u Loki Pratt, "Albus Dambldor"u Con Litgouy canlandıracaqlar.

Qeyd edək ki, "Harri Potter" filmlərində "Haqrid"i obrazını mərhum aktyor Robbi Koltreyn canlandırıb. O, 2022-ci ildə 72 yaşında vəfat edib.