Cessika Alba özündən 12 yaş kiçik aktyorla sevgilidir - Foto

Cessika Alba özündən 12 yaş kiçik aktyorla sevgilidir - Foto
717 dəfə oxunub
  • A-
  • A
  • A+

17 illik həyat yoldaşından bu ilin əvvəlində boşanan aktrisa Cessika Alba yeni münasibətə başlayıb.

Axşam.az xəbər verir ki, 44 yaşlı Hollivud ulduzu 32 yaşlı "Kapitan Amerika"nın aktyoru Denni Ramirezlə sevgilidir.

Cütlük Meksikada hava limanında istirahətdən qayıdarkən görüntülənib.

Qeyd edək ki, Cessika prodüser Keş Uorrenlə 2004-cü ildə "Fantastik Dördlər"in çəkiliş meydançasında tanış olub. Onlar 4 ildən sonra evləniblər. Cütlük bu ilin yanvarında ayrılıb. Aktrisanın keçmiş həyat yoldaşlarının üç övladı var - 17 yaşlı qızı Honor, 13 yaşlı Haven və yeddi yaşlı oğlu Hayes.