Epi adı ilə tanınan reper Əkbər Novruzlunu polis saxlayıb.
Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun saxlanılmasına bir neçə gün əvvəl Bakıda keçirilən kütləvi tədbirlərin birində söyüş və əxlaqsız ifadələrin yer aldığı repin səbəb olduğu bildirilir.
Tədbir zamanı açıq məkanda səsləndirilən həmin rep sosial şəbəkələrdə yayılıb, vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb.
Hazırda reperlə bağlı araşdırma gedir.
***
Konsertin keçirildiyi “EGP Arena” Su İdman Sarayının ərazisində yerləşir.
