Bakıda qadın güllələndi, klinika direktoru olan əri saxlanıldı

Bakıda qadın güllələndi, klinika direktoru olan əri saxlanıldı
4300 dəfə oxunub
  • A-
  • A
  • A+

İyulun 16-da saat 13 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1987-ci il təvəllüdlü Fərqanə Kərimovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Axşam.az Oxu.Az-a istinadən xəbər verir ki, araşdırma zamanı 1986-cı il təvəllüdlü Vasif Kərimovun silahdan atəş açaraq həyat yoldaşı Fərqanə Kərimovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Fərqanə Kərimova xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Vasif Kərimov iş üzrə şübhəli şəxs qismində tutulub.

Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

APA-nın məlumatına görə, həyat yoldaşını odlu silahla yaralamaqda şübhəli bilinərək saxlanılan Vasif Qaraxan oğlu Kərimov "Referans Medı-Art Hospital" MMC-nin (Mərdəkan filialı) direktorudur.