Əməkdar artistin qızı Almaniyaya köçüb

Əməkdar artistin qızı Almaniyaya köçüb
6066 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Zakir Əliyev qızı Aygülün Azərbaycandan köçdüyünü deyib. 

Axşam.az xəbər verir ki, müğənni bu haqda "Qonaqcanlı" verilişində deyib. O bildirib ki, qızı Almaniyada yaşayır: 

"Qızım çoxdan orada yaşayır. Ailə qurandan sonra köçdü Ştutqarta. Qızım üçün də, nəvəm üçün də darıxıram. Gəlmişdilər Bakıya, yenə getdilər".

Qeyd edək ki, Z.Əliyevin qızı 2022-ci ildə Türkəl adlı bəylə ailə qurub. İfaçının bir oğul övladı da var.