"Pretty little baby"nin ifaçısı öldü

"Pretty little baby"nin ifaçısı öldü
481 dəfə oxunub
  • A-
  • A
  • A+

"Pretty little baby" və "Everybody's somebody's fool" hitləri ilə tanınan amerikalı müğənni Konni Frensis 87 yaşında vəfat edib.

Axşam.az xəbər verir ki, iki həftə əvvəl şiddətli ağrı səbəbindən xəstəxanaya yerləşdirilən ifaçı müalicə aldığı klinikada dünyasını dəyişib

Frensisin ölümünü sosial mediada dostu və musiqi hüquqları üzrə meneceri Ron Roberts təsdiqləyib.

Qeyd edək ki, müğənni 1950-1960-cı illərin ən uğurlu qadın müğənnilərindən biri kimi şöhrət qazanıb.