Türkiyəli aktrisa Burçin Terzioğlu və Gökçe Eyüboğlunun yeni layihəsi bəlli olub.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisalar "Güzelkoy" serialında rol alacaq. Burçin "Leman", Gökçe isə "Suzan" obrazına həyat verəcək.
Sentyabr ayında yayımlanması planlaşdırılan serial Urla və Seferihisar bölgələrində çəkiləcək.