Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində axtarış elan edilib.
Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Ş.Şıxlinski bir gün əvvəl həbs edilmiş oğlu Mütvəlı Şıxlinski kimi dövlət məmuruna qarşı zorakılıq etməkdə ittiham olunur.
Qeyd edək ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi ilə (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zorakılıq tətbiq etmək) təqsirləndirilən M.Şıxlinski barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Onu 5 ilə qədər həbs gözləyir.
Xatırladaq ki, Şahin Şıxlinski və oğlu Mütvəli Şıxlinski iyulun əvvəli Yekaterinburqda vəhşicəsinə saxlanılmışdılar.