"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyeva mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə evlilik ildönümləri olduğunu bildirib.
Axşam.az xəbər verir ki, müğənni bununla bağlı paylaşım edib. Paylaşımda onların toylarından görüntülər yer alıb.
Qeyd edək ki, Safurə və Fərhadın toyu 2013-cü ildə Bodrumda olub. Cütlüy İstanbulda yaşayır. Onların 3 övladı var.