Türkiyəli aktrisa Pınar Deniz meneceri Ayşe Barımın sahibi olduğu “İD Consultancy” şirkətlə müqaviləsinə xitam verib.
Axşam.az xəbər verir ki, sosial media hesabında sözügedən şirkəti izləmədən çıxarıb və başqa agentliklə razılaşıb.
Qeyd edək ki, Barım yanvarın 27-dən etibarən həbsdədir. Pınardan əvvəl məşhur cütlük Hazal Kaya və Ali Atay da Barımla müqavilələrini sonlandırıblar.
Pınar aktyor Kaan Yıldırımla ailəlidir. Cütlüyün bir övladı var.