Rusiyanın Xalq artisti Nikolay Baskov Ukraynada axtarışa verilib.
Axşam.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) məlumat yayıb. Bildirilib ki, o, Ukraynanın ərazi bütövlüyünə və toxunulmazlığına qəsd etməkdə ittiham olunur.
Qeyd edək ki, Baskov 2022-ci ilin fevralından Ukraynada hərbi əməliyyatları fəal şəkildə dəstəkləyir. 2023-cü ildə sənətçi Ukrayna Silahlı Qüvvələrinin istifadəsində olan Qərb tanklarını sıradan çıxaran hər kəsə 1 milyon rubl ödəyəcəyini vəd etmişdi.
Nikolay Baskov 2004-cü ildə Ukraynanın "Xalq artisti" olub. 2024-cü ildə Ukrayna Prezidenti Volodimir Zelenski onu bu addam məhrum edib.