Aktrisalar arasındakı qalmaqal böyüyür - Video

Aktrisalar arasındakı qalmaqal böyüyür - Video
3498 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, "Zalim İstanbul" serialında rol alan Bahar Şahinlə Mine Tuqay arasındakı qalmaqal Türkiyənin sosial media seqmentində gündəm olub.

Axşam.az-ın məlumatına görə, Bahar həmkarının təkzib açıqlamasının ardından yeni video yayımlayıb:

"Bəziləri deyir ki, niyə 5 ildən sonra bunları deyirsən? Gündəm olmaq, ya da işsiz qaldığına görə? İşsiz deyiləm, rahat olun. Elə olsa, kirəyə haqqımı ödəyə bilməzdim. 5 il ərzində sən və sənin adamların susmadınız. Haqqımda o qədər yanlış, iyrənc şeylər danışdınız ki, kənarə çəkildim. İşə girəndə adlar siyahısına baxıram, sizə yaxın birini görən kimi imtina edirəm. Qaldı ki, bu söhbətə, bunu 2 həftə əvvəl haqqımda səsyazısı atmazdan əvvəl fikirləşərdin. Artıq susacaqsan. 

Sən təkcə mənə yox, səndən uğurlu olan hamıya qarşı beləsən. Eyni çəkiliş meydançasında xərçəng tarixçəsi olan bir qadına yazılan səhnələrin səninkindən çox olduğunu görüb, müsbət bir rolu canlandırır deyə ona "sən əvvəl xərçəng olmusan, bu qədər işləyirsən, Allaq qorusun, təzədən yaranar" söz atmısan. Allah səni öz pisliklərindən qorusun. Yenə də Allah sənə bu xəstəliyi yaşatmasın". 

Bəlli olub ki, Baharın nəzərdə tutuduğu şəxs aktrisa Dəniz Uğurdur. Belə ki, o keçmişdə döş xərçəngindən əziyyət çəkib və sağalıb. Onun "məşhur olmazsan demədim, insan ola bilməzsən söylədim" fikirləri Baharın sözlərini təsdiqlədiyini göstərib.