Türkiyəli aktrisa Bircə Akalayın baş rolunu canlandırdığı "Mezarlık" serialının üçüncü mövsümü çəkiləcək.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işinin yaxın zamanda çəkilişlərinə start veriləcək. Layihə gələn il izləyicilərə təqdim olunacaq.
Qeyd edək ki, serialda Olqun Toker, Hakan Meriçliler, Sezgin Uzunbekiroğlu və bir çox tanınmış aktyorlar yer alacaq.