Müğənni Günay İbrahimli atası Xəlillə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, sənətçi atasının ad günü olduğunu bildirib.
Günay birlikdə olan fotolarına "Həyatdakı bütün uğurlarımda sənin zəhmətin, dəstəyin və sevgini hiss etmişəm. Evimizin dirəyi atam, 100 yaşa. Allahdan sənə möhkəm can sağlığı, uzun ömür arzu edirəm. Həmişə yanımızda ol. Səni sevirəm. Ad günün mübarək" sözlərini yazıb.
