İşə getmək istəməyənlər üçün klinika açıldı

İşə getmək istəməyənlər üçün klinika açıldı
1949 dəfə oxunub
  • A-
  • A
  • A+

Çinin Hebey əyalətinin Tsinxuandao şəhərində işə getmək istəməyən insanlar üçün xüsusi klinika açılıb.

Axşam.az xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.

Klinika apatiya ilə mübarizə aparmaq və emosional tükənmişliyi aradan qaldırmaq üçün yaradılıb. Belə bir təşəbbüs valideynlərdən gəlib. Həmin valideynlər daha əvvəl uşaqlarını məktəbə getmək istəməyənlər üçün nəzərdə tutulan “Məktəbə nifrət klinikasına” aparırdılar. Böyüklər isə oxşar bir mərkəzin işləyənlər üçün də olub-olmadığını soruşublar.

"Dislike Going to Work Clinic" yorğunluq, emosional çətinliklər və işlərini mənasız hesab edən insanlara kömək edir.

Klinikada əvvəlcə pasiyentlər həkimlə söhbət edir və ardınca isə müayinələrdən keçir. Sonra isə hər kəs üçün fərdi müalicə planı hazırlanır.