Məşhur şoudakı "Bayatı-Şiraz" və "Sarı gəlin" ifası münsifləri heyrətləndirdi - Video

Məşhur şoudakı "Bayatı-Şiraz" və "Sarı gəlin" ifası münsifləri heyrətləndirdi - Video
2806 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin “NOW” kanalında yayımlanan "Yetenek sizsiniz Türkiye” yarışmasına daha bir azərbaycanlı qatılıb. 

Axşam.az xəbər verir ki, Şahin İmaməliyev adlı müğənni səhnəyə çıxaraq "Bayatı-Şiraz" və "Sarı gəlin" ifa edib. 

Münsiflər onun ifasına heyran qaldıqlarını bildiriblər.

Qeyd edək ki, yarışmada münsif kürsüsündə aktrisalar Eda Ece, Şevval Sam, aktyor-aparıcı İlker Ayrık və müğənni Hande Yener oturur.

Bundan əvvəl Günay Nuriyeva adlı azərbaycanlı gimnast da müsabiqədə iştirak edib.