Kadırov Bodrumda ölümdən döndü

Kadırov Bodrumda ölümdən döndü
2588 dəfə oxunub
  • A-
  • A
  • A+

Bodrumda Çeçenistan prezidenti Ramzan Kadırov dənizdə batmaq təhlükəsi ilə üzləşib.

Axşam.az-ın ın İHA-ya istinadən verdiyi xəbərə görə, hadisə günorta saatlarında Bodrumun Kaynar bölgəsindəki beşulduzlu oteldə baş verib.

Məlumata görə, sərinləmək üçün dənizə girən Ramzan Kadırov qəfil çabalamağa başlayıb və kömək çağırıb. Yaxınlıqdakı səlahiyyətlilərə dərhal xəbər verilib və tibbi yardım çağırılıb. Tezliklə hadisə yerinə gələn qruplar Kadırova təcili tibbi yardım göstəriblər.

Çimərlikdə ilkin tibbi yardım göstərildikdən sonra Kadırov təcili tibbi yardım maşını ilə müayinə olunmaq üçün özəl xəstəxanaya aparılıb. Xəstəxanadan verilən məlumata görə, müalicə müddətində Kadırovun səhhətinin yaxşı olduğu bildirilib.