Mixail Qusman vəzifəsindən azad olundu

Mixail Qusman vəzifəsindən azad olundu
1509 dəfə oxunub
  • A-
  • A
  • A+

Mixail Qusman TASS-ın birinci baş direktor müavini vəzifəsindən azad edilib.

Axşam.az xəbər verir ki, bununla bağlı qərarı Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin imzalayıb.

Qeyd edək ki, 75 yaşlı Mixail Qusman 30 ilə yaxın TASS strukturlarında çalışıb. 2000-ci ildən "Güc formulu" teleserialının müəllifi və aparıcısıdır. O, Rusiya Federasiyasının Əməkdar mədəniyyət işçisi və Rusiya Federasiyasının Əməkdar jurnalistidir.