Oğlu Arif Babayevin son durumunu - Açıqladı

Oğlu Arif Babayevin son durumunu - Açıqladı
5645 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Xalq artisti Arif Babayevin səhhətində problem yaranıb və hazırda xəstəxanada həkim nəzarətindədir.

Xanəndənin oğlu Yaşar Babayev onun son durumu ilə bağlı Axşam.az-a açıqlama verib. o bildirib ki, atası hələ də reanimasiyadadır:

"Durumu stabildir. Bir az yaxşılaşıb. İnşallah, bundan sonra daha da yaxşılaşar. Təzyiq aşağıdır. Səhhətində bir çox problem var". 

Qeyd edək ki, 87 yaşlı xanəndə səhhəti pisləşib və Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, daha sonra Bakıya - Mərkəzi Klinikaya təxliyə olunub.