Tatlısəsin qızı “saxla” əmrinə tabe olmadı, polis atəş açdı

Tatlısəsin qızı “saxla” əmrinə tabe olmadı, polis atəş açdı
2891 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni İbrahim Tatlısəsin qızı Dilan Çıtak Bodrumda avtomobillə hərəkətdə olarkən polisin “saxla” əmrinə tabe olmayıb.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, o, avtomobili polislərin üzərinə sürüb.

Bildirilib ki, Dilan yolda hərəkət təhlükəsizliyini pozub və polis saxlayaraq ondan sürücülük vəsiqəsini istəyib.

Çıtak qaçmağa çalışarkən avtomobilini polisin üzərinə sürüb. Daha sonra polis havaya atəş açaraq onu saxlayıb.

Hadisə yerinə çox sayda polis cəlb edilib. Bir müddət sonra avtomobildən düşən Dilan Çıtak polisin müşayiəti ilə bölməyə aparılıb.