"Tağıyev" filminin ikinci mövsümü olacaq?

"Tağıyev" filminin ikinci mövsümü olacaq?
456 dəfə oxunub
  • A-
  • A
  • A+

"Tağıyev" filminin ikinci sezonu çəkilə bilər".

Axşam.az xəbər verir ki, bunu "Tağıyev" filminin rejissoru və ssenari müəlliflərindən biri olan Zaur Qasımlı "Gilavar" yutub layihəsində deyib.

O bildirib ki, "Tağıyev" filmi əslində 8 bölüm yazılıb.

“Filmin yalnız 4 bölümü ekranlaşdırıldı. Maliyyə olacağı təqdirdə, digər 4 bölüm də çəkiləcək" deyə, o, əlavə edib. 

Onun sözlərinə görə, bu bölümdə Tağıyevin həyatından çox maraqlı faktlar, o cümlədən baş qəhrəman Sona xanım, Tağıyevin oğlu ilə mübahisəsi və Qızlar Gimnaziyasının açılması kimi mövzular yer alacaq.

Qeyd edək ki, Bakı Media Mərkəzinin istehsalı olan bu filmin 2 bölümü "Tağıyev: Neft" və "Tağıyev: Çar" artıq kinoteatrlarda nümayiş etdirilib.