"Pul qazanmaq üçün insanların yuvasını yıxırsınız"

"Pul qazanmaq üçün insanların yuvasını yıxırsınız"
2258 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Zamiq Hüseynov dələduzluqla üzləşib.

Axşam.az xəbər verir ki, sənətçinin fotosundan qumar oyunlarının reklamında istifadə edilib. Buna əsəbiləşən Zamiq şikayət etdiyini bildirib:

"Bəlkə 100 insan bunu mənə atıb. Bizim komanda artıq bununla bağlı şikayət yazıb. Qısa zamanda silinər, aradan götürülər. Vicdansızlar, siz pul qazanın deyə bu qədər insanın yuvasını yıxırsınız".