Dostları süni intellektlə Azəri canlandırdılar - Video

Dostları süni intellektlə Azəri canlandırdılar - Video
15532 dəfə oxunub
  • A-
  • A
  • A+

Dostları mərhum aktyor Azər Baxşəliyevin süni intellekt vasitəsilə videosunu hazırlayıblar. 

Axşam.az xəbər verir ki, ona həsr edilən "Sınıq pəncərə" mahnısı ilə hazırlanan videoda Azərin ağ geyimdə görüntüləri əks olunub. 

Sözügedən videonu aktyor Ramil Babayev sosial şəbəkədə paylaşaraq bunları yazıb:

"Bəziləri bu dünyadan gedəndə sadəcə yox olmur… Onlar yaddaşımıza iz, ürəyimizə yara qoyub gedirlər. Azər, sənin yoxluğunla barışmaq mümkün deyil, amma varlığının buraxdığı işıqla yaşamağa çalışırıq. Səninlə gülüşlərimizi, səmimiyyətini, saf qəlbini heç vaxt unutmayacağıq. Ruhun şad, məkanın cənnət olsun, əziz dost…".

Qeyd edək ki, Azər bu ilin yanvarında böyrək çatışmazlığından dünyasını dəyişib.