Dəniz Əsədova həbsdə qaldı

Dəniz Əsədova həbsdə qaldı
4437 dəfə oxunub
  • A-
  • A
  • A+

Həbsdə olan müğənni Dəniz Əsədovanın barəsindəki hökmdən verdiyi şikayətə baxılıb.

Axşam.az xəbər verir ki, bu barədə Report-a vəkil, həmçinin iş üzrə xüsusi ittihamçı olan Asim Abbasov məlumat verib.

O bildirib ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə Dəniz Əsədovanın şikayəti təmin edilməyib və barəsində olan 7 ay azadlıqdan məhrumetmə cəzası qüvvədə qalıb.

Qeyd edək ki, vəkil onun barəsində böhtan və təhqir xarakterli məlumatlar yaydığı üçün müğənni Dəniz Əsədovanı məhkəməyə verib.