Kişi olmadığını məhkəmədə sübut edəcək

Kişi olmadığını məhkəmədə sübut edəcək
1693 dəfə oxunub
  • A-
  • A
  • A+

Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun “kişi doğulduğu” iddiası sosial mediada başlayasa da, hazırda beynəlxalq səviyyəyə yüksəlib.

Axşam.az xəbər verir ki, bu barədə Makron ailəsinin vəkili Tom Kler “BBC”nin “Fame Under Fire” podkastında danışıb. O bildirib ki, cütlük  bununla bağlı ABŞ-də məhkəməyə müraciət edib. O, 218 səhifəlik dosye sənədlərin və qeydlərin şayiələri təkzib edəcəyini iddia edib. Dosyedə Bricit Makronun bioloji olaraq qadın olmasına dair foto və elmi sübutlar yer alıb.  

Məsələnin bu qədər böyüməsinə səbəb isə amerikalı jurnalist Kendis Ouens olub. Ouens B.Makronun dünyaya kişi olaraq gəldiyini iddia edib, nəticədə isə Makron cütlüyü onu məhkəməyə verib. 

Qeyd edək ki, 2021-ci ildə Fransa mediasında və sosial şəbəkələrdə Bricit Makronun cinsini dəyişdirdiyi barədə xəbərlər yayılmağa başlayıb. Sözügedən məlumatlarda B.Makronun əsl adının Jan-Mişel Tronye olduğu iddia edilib. O, bunu təkzib edərək həmin ittihamları yayanları məhkəməyə verib. 2024-cü ilin sentyabrında isə Paris məhkəməsi Bricitin kişi olmasını iddia edən iki qadın barəsində hökm çıxarıb. Hökmə əsasən, Nataşa Rey və Delfin Jequss adlı iki qadın 13,5 min avro məbləğində cərimə ediliblər.